Rusiyada məktəbdə şagirdlər qidadan zəhərlənib.
Bu barədə REN TV məlumat yayıb.
Belə ki, 19 uşaq və bir böyük şəxsin vəziyyəti pisləşib.
3 azyaşlı orta dərəcəli vəziyyətdə xəstəxanaya yerləşdirilib, digər 16 uşaq və bir böyüklə ambulator müalicəyə göndərilib.
İlkin məlumatlara görə, zəhərlənənlərdə qastroenterit - bağırsaq infeksiyası diaqnozu qoyulub.
"Cebheinfo.az"