Bakı. Trend:
Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərinialqışlayırıq.
Trend xəbər verir ki, bubarədə COP29 çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyasıtərəfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətinicmalı” (EPR) hesabatının təqdimatında çıxışı zamanı BirləşmişMillətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının məsul katibiTatyana Molkean deyib.
"Bizim üçün ən dəyərli resurs insandır. Xüsusilə iqlimdəyişikliyi məqsədlərinə nail olunmasına töhfə verən ölkələrinsayının artması biomüxtəlifliyin qorunmasında da rol oynayır. Yenikənd təsərrüfatı formasında biz davamlı kənd təsərrüfatınıninkişafına kömək etməyə necə nail ola biləcəyimizi görəcəyik.
Biz, həmçinin, tullantıların idarə olunması mərkəzi yaratmışıqvə hava keyfiyyətinin monitorinqinə böyük diqqət yetiririk.Xüsusilə yüksək qiymətləndirdiyim nailiyyətlərdən biri Yaşıl TəbiiXəstəxanaların yaradılmasıdır”,- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.