AZ

Vergi ödəyicilərinin sayı 5,6 faiz artıb

2024-cü il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.583.592 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 5,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,4 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz artıb. Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,9 faiz olub.

2024-cü il noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 187.674 vahid təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,0 faiz artıb. Yanvar-oktyabr aylarında 11.670 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalıdır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 82,8 faizi elektron qaydada, 17,2 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Kommersiya qurumlarının 9.658-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 7.841-i Asan İmza, 1.783-ü finkod+mobil üsulu, 34-ü isə “SİMA” rəqəmsal imza vasitəsilə müraciətlər əsasında qeydiyyatdan keçib.

2024-cü il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39.399 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.

2024-cü il noyabr ayının 1-nə aktiv kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artıb.

Seçilən
31
23
vergiler.az

10Mənbələr