Bəs Abdullayevin fikri sırf baş məşqçi işləməkdi, yoxsa istədiyi təklif gəlməyib? “Football-plus.az” olaraq, 64 yaşlı mütəxəssislə əlaqə saxladıq:
“Sözün açığı, heç bir klubdan təklif almamışam. Hələ ki işsizəm. Ümumiyyətlə, mənim üçün baş məşqçi, köməkçi məşqçi işləməyin fərqi yoxdu. Hansı sahədə köməyim dəyəcəksə, orda işləməyə hazıram. Sabiq komandam “İmişli”nin çıxışını izləyirəmmi? Tək “İmişli”yə yox, bütün komandalara baxıram. Premyer-liqa, 1-ci liqa və ya başqaları”.
Əsgər bəydən “millimizin oyunu ilə bağlı gözləntiləriniz” nədi sualına isə bu cavabı aldıq:
“Millimizə uğurlar arzulayıram. Bu haqda oyundan sonra danışmaq olar”.
RÖYANƏ OĞUZ