AZ

Montelladan "Roma" iddialarına cavab

style='margin-bottom:10px;'>

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella yığmadan ayrılaraq "Roma"nı çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.

QOL.az xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunda bu gün Uelsə qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında bu məlumatları təkzib edib: 

"Müxtəlif fərziyyələr var. Bunları eşitmək mənə həzz verir. Futbolçularım böyük işlər görürlər ki, baş məşqçi olaraq mənim haqqımda fərziyyələr səslənir. 1 ay əvvəl Premyer Liqadan bəhs edilirdi. Biz bir ailəyik. Hamı milli komandanın toplanışını dörd gözlə gözləyir. Bu anları yaşamaq çox gözəldir. 

Xüsusilə vurğulamaq istəyirəm ki, əgər hansısa klubla danışıqlarım olsa, bu barədə ilk müraciət edəcəyim insanlar rəhbərliyimiz və futbol menecerimiz olar".

Qeyd edək ki, iyaliyalı mütəxəssis 2023-cü ilin sentyabrından Türkiyə millisinin baş məşqçisidir. Komanda onun rəhbərliyi altında bu yay Avro-2024-də 1/4 finaladək irəliləməyi bacarmışdı. Həmçinin Türkiyə yığması cari Millətlər Liqasının 4 turundan sonra 10 xal toplayıb və B Liqasının 4-cü qrupunda liderdir. 

Seçilən
34
teleqraf.com

1Mənbələr