“Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalının sahibi olduğu “Acun Medya” “Maribor” futbol klubunun səhmlərini alıb.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, “Acun Medya” klubun səhmlərinin 74%-ni alıb.
Bildirilib ki, klubun idarə heyətində 4 şəxs olacaq və bu şəxslərdən 3-ü "Acun Medya"nın təmsilçisi olacaq.
Qeyd edək ki, “Maribor” 29 xalla Sloveniyanın yüksək liqasında 2-ci yerdədir.
Mina Mikayılova