AZ

Abxaziya Prezidenti vətəndaşlarla görüş keçirəcək – ÖZƏL

Abxaziya Prezidenti Aslan Bjaniya bu gün, 16 noyabr tarixində, doğma kəndi Tamaşda yerləşən məktəbdə yerli əhali ilə görüş keçirməyi planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Bjaniya ilə görüşdə ölkədə yaranmış vəziyyət müzakirə olunacaq," - deyə açıqlamada bildirilir.

Prezident əhalini təxribatlara uymamağa çağırıb və Abxaziya rəhbərliyinin fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə müxalifət nümayəndələri hakimiyyətlə danışıqları dayandırdıqlarını elan ediblər. Buna səbəb kimi prezidentin dəqiq yerinin müəyyən edilməməsi göstərilib. Etirazçılar dövlət başçısının istefasını tələb ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
50
16
olaylar.az

10Mənbələr