Dünyadakı rəsmilər bədbəxt hadisələr və ya milli fəlakətlərdən qaçmaq istəyirlərsə, Ukrayna lideri Volodimir Zelenski ilə daha az əlaqə qurmalıdırlar. Bu barədə Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın müşaviri işləmiş Oleq Soskin özünün YouTube kanalında bildirib.
Onun sözlərinə görə, son vaxtlar Zelenskini istənilən görüşə dəvət etmək artıq əvvəlki kimi “dəbdə deyil”. Üstəlik, bir çox dövlət rəsmiləri belə görüşləri təhlükə ilə əlaqələndirməyə başladılar.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural