AZ

“Tramp komandasının siyasəti ilə müharibə daha tez bitəcək”- ZELENSKİ

Ukrayna lideri Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövründə münaqişənin tez bitməsini mümkün sayıb.

Azpost.info xəbər verir ki, lakin o qeyd edib ki, hazırda böhranın həlli ilə bağlı dəqiq tarix yoxdur.

“Müharibə bitəcək, amma dəqiq tarix yoxdur. Təbii ki, indi Ağ Evə başçılıq edəcək bu komandanın siyasəti ilə müharibə daha tez bitəcək. Bu, onların yanaşması, cəmiyyətə verdikləri vədlərdir və onlar üçün də çox vacibdir”, – Zelenski əlavə edib.

Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Donald Trampdan Ukrayna münaqişəsinin həlli ilə bağlı təklifləri gözləyəcək. Hələlik isə respublikaçının böhranı necə həll edə biləcəyi barədə heç bir fikir yoxdur. Lavrov həmçinin vurğulayıb ki, sülhü müdafiə edən siyasətçilərin sözləri diqqətə layiqdir.

Azpost.info

Seçilən
15
azpost.info

1Mənbələr