AZ

Pentaqon: Korrupsiya Ukraynanın NATO və Aİ-yə üzv olmasına mane olur...

Korrupsiya Ukraynanın Avropa İttifaqına və Şimali Atlantika Alyansına (NATO) üzvlük yolunda əsas maneə olaraq qalır...

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun auditorunun 2024-cü il iyulun 1-dən sentyabrın 30-dək Konqresə təqdim etdiyi hesabatda deyilir.

"Korrupsiya Ukraynanın Aİ və NATO-da istəklərini reallaşdırmaq cəhdlərini çətinləşdirməkdə davam edir", deyə sənəddə vurğulanır.

Qeyd olunur ki, Ukraynada hakimlər, siyasətçilər və məmurlar korrupsiyada ittiham olunurdu və müdafiə idarəsi bir çox korrupsiya qalmaqallarında həlledici oyunçuya çevrilir.

Bundan əlavə, materialda deyilir ki, Ukraynada korrupsiya ilə bağlı problemlər münaqişə bitdikdən sonra dövlətin bərpasına mane olacaq.

Bundan əvvəl Ukraynanın Müvəqqəti İstintaq Komissiyasının sədri Anna Skoroxod bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələrində bütün səviyyələrdə korrupsiya var. Skoroxod korrupsiya sxemlərindən biri haqqında danışıb. Onun fikrincə, cəbhədə siyahıda 100 əsgər olduğu bildirilsə də, əslində isə orada 60-70 nəfər var. Qalanları komandirə rüşvət verir ki, cəbhədə olmasın.

Sənəddə həmçinin bildirilir ki, Rusiya ilə ABŞ arasında gələcək mümkün razılaşmalar dünyada mövcud olan müxtəlif strateji təhdidləri, eləcə də ABŞ-ın çəkindirmə tələblərini nəzərə almalıdır.

"Rusiya ilə gələcək ikitərəfli razılaşmalar ABŞ-ın çəkindirmə tələblərini və qlobal miqyasda digər strateji təhdidləri nəzərə almalıdır", deyə hesabatda qeyd edilir.

Sənəddə qeyd olunanlar arasında ABŞ-ın nüvə gücləri arasında olan rəqibləri ilə birlikdə silah nəzarətini saxlamaq istəyi də var.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr