AZ

Mayk Tayson AÇIQLAMA VERDİ - "Bu, son döyüşüm olacaq"...

58 yaşlı boksçu Mayk Tayson Arlinqtonda keçirilən peşəkar döyüş gecəsində bloger Ceyk Pola uduzduqdan sonra açıqlama verib və revanş görüşü ilə bağlı fikirlərini bölüşüb.

Redaktor.az bu barədə "sport24"ə isinadən məlumat verir.

"Özümdən başqa heç kimə sübut edəcək heç nəyim yoxdur. Özümə bunu hələ də bacara biləcəyimi göstərmək istəyirdim. Səhhətimdə problemlər olub, amma bəhanə axtarmıram. Pol yaxşı döyüşçüdür, çətin döyüş idi. İntiqam? Bu, situasiyadan asılı olacaq. Düşünürəm ki, bu, mənim son döyüşüm olacaq”, - deyə Tayson bildirib.

Mübarizə hər reqlament üzrə səkkiz raund davam edib və Pol yekdil qərar əsasında 80-72, 79-73, 79-73 hesablarına görə qalib gəlib. 

Qeyd edək ki, bu döyüşdən əvvəl Mayk Tayson sonuncu dəfə 28 noyabr 2020-ci ildə Roy Consa qarşı sərgi döyüşünün bir hissəsi olaraq rinqə çıxıb. Döyüş iki dəqiqəlik səkkiz raundla davam edib və heç-heçə ilə yekunlaşıb. Mayk Tayson peşəkar karyerasında 58 döyüş keçirib və iki məğlubiyyətlə 50 qələbə (44 nokaut) əldə etməyi bacarıb. Daha iki döyüşü isə ləğv edilib.

Bu qələbə Polun peşəkar karyerasında 11-ci qələbəsi olub. Onun bir məğlubiyyəti var. 21 iyul 2024-cü ildə Ceyk Pol keçmiş "Ultimate Fighting Championship" (UFC) döyüşçüsü Mayk Perri ilə döyüşdə qalib gəlib.

Sevinc İBRAHİMZADƏ

 

Seçilən
20
47
redaktor.az

10Mənbələr