Mayk Tayson Ceyk Pola uduzduqdan sonra hələ ki, rinqi birdəfəlik tərk etməyəcəyini bildirib...
58 yaşlı boksçu Mayk Tayson Arlinqtonda peşəkar döyüş gecəsində bloger Ceyk Pola uduzduqdan sonra açıqlama verib və revanş görüşü ilə bağlı fikirlərini bölüşüb.
Poliqon xəbər verir ki, bu barədə “Sport24” portalı məlumat yayıb.
“Özümdən başqa heç kimə sübut edəcək heç nəyim yoxdur. Özümə göstərmək istəyirdim ki, hələ də bacarıram. Səhhətimdə problemlər olub, amma bəhanə gətirmirəm. Poia gəlincə, o, yaxşı döyüşçüdür, çətin döyüş idi. İntiqam? Vəziyyətdən asılı olacaq. Düşünmürəm ki, bu, mənim son döyüşüm idi”, deyə Tayson bildirib.
Qeyd edək ki, mübarizə qaydalarda nəzərdə tutulmuş səkkiz raundun sonuna qədər davam edib və hakimlırin yekdil qərarı ilə matç 80-72, 79-73, 79-73 hesabla Polun qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu döyüşdən əvvəl Mayk Tayson sonuncu dəfə rinqə 28 noyabr 2020-ci ildə kiçik Roy Consa qarşı sərgi döyüşü çərçivəsində rinqə çıxıb. Döyüş iki dəqiqəlik səkkiz raund davam edib. Görüş ayrılıqda heç-heçə başa çatıb.
Peşəkar karyerasında Mayk Tayson 58 döyüş keçirib və bu döyüşlərdə iki məğlubiyyətlə 50 qələbə (44-ü nokautla) qazanıb. Daha iki döyüş etibarsız sayılıb.
Poliqon.info