AZ

FA: ABŞ-ın Qlobal Cənubdakı təsiri səmərəsiz siyasət ucbatından zəifləyib...

Amerika hakimiyyəti qlobal Cənub ölkələri ilə əlaqələri gücləndirmək üçün səmərəsiz siyasət yürüdür və bu səbəbdən də ABŞ-ın regionda təsiri nəzərəçarpacaq dərəcədə zəifləyir...

Poliqon xəbər verir ki, bu barədə Foreign Affairs (FA) jurnalı yazıb.

Materialda qeyd olunur ki, Vaşinqton bir neçə səbəbə görə müvafiq dövlətlərlə münasibətləri qura bilməyib. Onlardan biri ABŞ-ın Rusiyanın Ukraynadakı əməliyyatı ilə İsrailin Qəzza zolağındakı əməliyyatı ilə bağlı mövqeləri arasındakı fərqdir.

Bundan əlavə, koronavirus pandemiyası zamanı qlobal cənubdakı ölkələr inkişaf etmiş iqtisadiyyatı olan ölkələrin peyvənd millətçiliyi haqqında danışmağa başlayıblar. Həmçinin, Vaşinqtonun bu güclərlə azad ticarətdən imtina etməsi səbəbindən onların bazarlara çıxışı azalıb.

ABŞ ilə qlobal Cənub ölkələri arasında münasibətlərin pisləşməsinin digər səbəbi Amerika administrasiyasının çoxtərəfli formatlarda işlərdə daha fəal iştirak etmək istəməməsi olub. Bu səbəbdən də müvafiq dövlətlərin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qarşılıqlı fəaliyyətə marağı artıb.

Jurnalistlərin fikrincə, Respublikaçı Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi onların qlobal Cənub ölkələri ilə münasibətlərində yalnız "payları artırıb". Xüsusilə, gələcək dövlət başçısının növbəti dörd ildə sərt iqtisadi və miqrasiya siyasətinə riayət etmək planlarına görə...

"Tramp qlobal Cənub ölkələrini və inkişaf etməkdə olan qurumları Amerikanın maraqlarına xələl gətirəcək şəkildə ABŞ-la qarşıdurmaya sövq edə bilər", deyə məqalədə vurğulanır.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr