AZ

“İqlim dəyişikliyi ilə mübarizədə ən vacib məsələ maliyyələşmə probleminin həllidir” - İlham Məmmədov

“İqlim dəyişikləri səbəbindən qlobal cəmiyyətin qarşısında ciddi problemlər çıxır. Sular səviyyəsi azalır, duzlu olmasının səviyyəsi artır, meşə yanğınları geniş vüsət alır, ozan qatı zədələnir, hava çirklənir, içməli su qıtlığı yaranır, kənd təsərrüfatı məhsuldarlığı azalır. Dənizlərin, çayların çirklənməsi son nəticədə bio müxtəlifliyin məhv olmasına gətirib çıxardı”.
 
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin üzvü İlham Məmmədov bu gün Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Anti-mikrobial Davamlılıq” mövzusunda Yüksək səviyyəli siyasi müzakirə zamanı bildirib. O, çıxışında iqlim dəyişikliyinin qlobal cəmiyyətə yaratdığı ciddi problemlərdən danışıb. İlham Məmmədovun sözlərinə görə, bu sadalananlar sağlamlığa vurulan zərər və xəstəliklərin yayılmasının birbaşa səbəbidir:

“Bu xəstəliklər qeyri- mütənasib olaraq ilk növbədə həssas qrup insanlar- uşaqlara, qocalara, hamilə qadınlara, əvvəllər mövcud xəstəliyi olan insanlara daha çox təsir edir. Yəni iqlim sazişində qarşıya qoyulan qlobal orta temperatur artımını sənayeləşmədən əvvəlki səviyyədən iki dərəcədən də xeyli aşağı saxlamaq və temperaturun 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üçün səy göstərmək məqsədi qoyulub. Təbii ki, COP29-un qarşısında duran əsas məsələlər Azərbaycanın təşkilatçılığı ilə keçirilən COP29- da 14 əsas təşəbbüs dəstəkləndi ki, bunların içində də bu təşəbbüslərin həyata keçirilməsi üçün ən vacib olan məsələlərdən birincisi məhz maliyyələşmə probleminin həll olunması idi”.

Seçilən
28
1
qht.az

10Mənbələr