AZ

"Estoniyanı mütləq məğlub etməliyik, bu oyun millimiz üçün finala bərabərdir" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq müdafiəçisi Zaur Həşimov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi bu gün Qəbələdə Estoniya yığması ilə qarşılaşacaq. Bu matçdan gözləntilərin nələrdir?

- Gözləntim yalnız qələbədir. Çünki biz heyət olaraq Estoniyadan üstünük. Həm də, artıq qələbə qazanıb azarkeşlərimizi sevindirmək vaxtıdır. Məncə yaxşı da şansdır. Millimizə uğurlar arzulayıram.

- Azərbaycan millisi Tallində Estoniyaya uduzmuşdu. Bu görüş onlar üçün yaxşı revanş hissi, motivasiya ola bilər?

- Bu oyun millimiz üçün finala bərabərdir. Millinin formasını geyinmək böyük motivasiyadır. Revanş hissi isə mütləq olmalıdır. Belə olacağına inanıram.

- Əvvəlki toplanışlardan fərqli olaraq, bu dəfə milli daha uzun müddət birlikdə idi. Demək olar ki, Fernandu Santuşun oyunçulara oyun fəlsəfəsini aşılamaq üçün daha yaxşıdır?

- Santuş millini artıq 4 oyuna çıxarıb. Futbolçuları daha yaxşı tanıyır. Onların potensialına da bələddir. Bu dəfə oyuna hazırlaşmaq üçün daha çox vaxtı olub. Düşünürəm ki, bu gün meydanda bəhrəsini də görəcəyik. 

- Yəqin ki, Estoniyanı uda bilməməyin bəhanəsi olmamalıdır? Yoxsa, heç-heçəni də normal qəbul edəcəksən?

- Estoniyanı mütləq məğlub etməliyik. Heç-heçə haqda düşünmək lazım deyil. Yalnız qələbə haqda düşünməliyik. Ümidvaram ki, Azərbaycan millisi uğurlu nəticə qazanacaq.

- Milli bu oyunda da uduzarsa, böyük ehtimalla D divizionuna yuvarlanacaq. Bu baş verərsə, böyük uğursuzluq hesab olunmalıdır? Çünki Santuş milliyə kömək üçün gətirilib, amma komandanı C divizionunda saxlaya bilməmiş olacaq...

- Bəli, Estoniyaya məğlubiyyət bizi D divizionuna göndərəcək. Futbolçular, məşqçi heyəti bunu yaxşı başa düşür. Qrupumuzda Estoniyanın əvəzinə daha güclü komanda olsaydı, məsələyə daha nikbin yanaşmaq olardı. Qrupda Estoniya ilə rəqabətdə sonuncu olmağı heç birimiz istəmirik. Ümid edək ki, hər şey yaxşı bitəcək. 

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
32
1
sportal.az

2Mənbələr