AZ

 Ay rəssam,şəklimi çək ürəyinə

Görürəm,çox gözəl şəkil çəkirsən,

Ay rəssam,şəlimi çək ürəyinə.

Həmən o şəklə,bir az sevgi qat,

Əbədi olaraq ək ürəyinə.

Ay rəssam,şəklimi çək ürəyinə.

******

Mən ki,bilməz idim məhəbbət nədir,

İndi isə qəlbimdə müharibə gedir.

Adının hərfini,mən sətir-sətir,

Yazıram,adımı ək ürəyinə.

Ay rəssam,şəklimi çək ürəyinə.

******

Mən necə söyləyim,sevirəm səni?

Bəlkə də,qəlbində başqası vardı?

Bəlkə,özgəsinə mail olmusan?

Bəlkə,mənim adım o qəlbə dardı?

Ay rəssam,şəklimi çək ürəyinə.

******

Kətana köçürsən itib-batacaq.

Yada ki,onu kim isə atacaq.

Ürəyinə çəksən,sənə çatacaq.

Ay rəssam,şəklimi çək ürəyinə.

Əbədi olaraq,ək ürəyinə.

******

Oxu sözlərimi,sən dönə-dönə.

Oxu hər bir zaman,oxu sən yenə.

Bu saf məhəbbətim,düşsə qəlbinə,

Olmasın,sözlərim yük ürəyinə.

Ay rəssam,şəklimi çək ürəyinə.

******

“Uzaq Sahillərdə”-kinosundan bir səhnəni qələmə almışam.

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin menecment ixtisası tələbəsi.

Seçilən
36
adalet.az

1Mənbələr