AZ

Parlament üzvləri iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət daşıyır - IPU prezidenti

Bakı. Trend:

Parlament üzvləri iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətdaşıyır.

Trend xəbər verir ki, bunuşənbə günü Parlamentlərarası İttifaqın (IPU) prezidenti TuliyaAkson COP29 çərçivəsində IPU və Azərbaycan Respublikasının MilliMəclisi tərəfindən birgə təşkil edilən Parlament görüşündə deyib.Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedir.

“Parlament üzvləri iqlim dəyişikliyi ilə mübarizədə, xüsusiləiqlim fəaliyyətlərinin kritik mərhələsində beynəlxalq razılaşmalarımilli səviyyədə həyata keçirmək üçün böyük məsuliyyət daşıyırlar.Qanunvericilik hazırlamaq və nəzarət etmək səlahiyyətlərinə malikolaraq, biz iqlim siyasəti və qanunlarının iddialılığını,praktiklik və icra olunmasını təmin edirik.

Biz hökumətlərin fəaliyyətinə nəzarət etmək, resurslarınsəmərəli bölüşdürülməsini təmin etmək və ictimai dəstəkmobilizasiyası üçün unikal mövqedəyik, iqlim tədbirlərini hərsəviyyədə prioritetə çevirməliyik. COP29 ortaq iqlim hədəflərimizənail olmaq üçün zəruri istiqamətləri irəlilətməkdə mühüm roloynayır”, - deyə o bildirib.

IPU prezidentinin sözlərinə görə, yeni iqlim maliyyələşdirilməsiöhdəlikləri, milli iddiaların artırılması və uyğunlaşma, itkilər vəzərərlər sahəsindəki mühüm addımlar xüsusi əhəmiyyət kəsb edir.

“COP28-in impulsundan istifadə edərək, bu ambisiyaların həyatakeçirilməsinə keçirik. Bu parlament görüşünün diqqət mərkəziqarşımızda duran çağırışların dərinliyini və mürəkkəbliyini nümayişetdirir, lakin biz onları qəbul etməyə hazır olmalıyıq”, - deyə T.Akson vurğulayıb.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr