AZ

"Trump Media"nın əsas səhmdarı payının böyük hissəsini satıb

"Trump Media ("DJT") və Texnologiya Qrupu"nun əsas səhmdarı "ARC Global Investments" cümə axşamı təqdim etdiyi tənzimləyici sənədlərdə media şirkətindəki payının böyük hissəsini satdığını açıqlayıb.  

Valyuta.az "Yahoo Finance"a istinadən xəbər verir ki, "ARC" və onun meneceri Patrik Orlando hazırda şirkətdəki paylarını 0,01%-ə qədər azaldıblar. Bu göstərici sentyabr ayında 5%-dən çox, yəni təxminən 11 milyon səhm idi.  

Patrik Orlando, "Trump Media"nı ictimaiyyətə açan "Digital World Acquisition" adlı boş çek şirkətinin keçmiş baş direktoru olub. Lakin bu ilin əvvəlində saziş bağlanmazdan öncə vəzifəsindən uzaqlaşdırılıb.  

Delaver məhkəməsi sentyabr ayında qərar çıxararaq, "Trump Media"nın Orlandonun "ARC Global" fondu ilə bağladığı razılaşmanı pozduğunu təsdiqləyib və fonddan təxminən yarım milyon əlavə səhm alınmasının zəruri olduğunu bəyan edib. Bu səhm satışları üzərindəki daxili məhdudiyyətlər sona çatmamış həyata keçirilməlidir.  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Donald Trump) isə "Trump Media" şirkətində təxminən 115 milyon səhmə sahibdir və şirkətin 53%-lik payına nəzarət edir. Şirkət "Truth Social" adlı sosial media platformasına sahibdir.  

Rəhim

 

Seçilən
42
valyuta.az

1Mənbələr