AZ

"Ukraynada səfərbərlikdən yayınanlara atəş açırlar" -Bouz

Ukraynada hərbi komissarlıqların əməkdaşları məcburi səfərbərlik tədbirləri çərçivəsində cəbhəyə getmək istəməyən insanlara atəş açmağa başlayıblar. Bu barədə irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsindəki (keçmiş Twitter-red.) səhifəsində məlumat yayıb.

“Ukraynada diktator Zelenskinin "ovçuları" istəklərinə nail olmaq üçün üçün atəş açmağa başlayıblar”, – jurnalist bildirib.

Bouzun sözlərinə görə, vətəndaşların cəbhəyə getməkdən imtina etdiyi hal baş verən zaman Ukrayna hərbi komissarlığının əməkdaşları bu cür tədbirəri həyata keçirirlər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
18
news365.az

1Mənbələr