AZ

Kaluqa vilayətində Ukraynaya məxsus PUA partlayıb

Kaluqa vilayətinin Lyudinovo şəhərinin kənarında Ukraynaya məxsus PUA partlayıb.

Azpost.info -nun məlumatına görə, bu barədə qubernator Vladislav Şapşa bildirib

Bir neçə ev və avtomobilə ziyan dəyib. Hələlik itkilər barədə məlumat yoxdur.

İlkin məlumata görə, nəticədə bir neçə yaşayış binasının şüşələri sıradan çıxıb, avtomobillər dağıntılar altında qalıb. Ölən yoxdur, infrastruktura ciddi ziyan dəyməyib.

Qubernator Vladislav Şapşa bildirib ki, hadisə yerində əməliyyat qrupu işləyir.

Seçilən
21
azpost.info

1Mənbələr