AZ

Özbəkistan parlamentinin sədri Azərbaycanı təbrik etdi

Bakı. Trend:

COP29-u yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanı təbrikedirəm

Trend xəbər verir ki, bunuCOP29 çərçivəsində Parlamentlərarası İttifaq və AzərbaycanRespublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilənParlament Görüşündə Özbəkistan Ali Məclisi Senatının sədri TənziləNarbayeva deyib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedir.

O qeyd edib ki, iqlim dəyişikliyi prosesinin maliyyələşdirilməsiəsas məsələlərdən biridir.

“Parlamentlər arasında yüksək əlaqələr qurulmalıdır. Birgəaraşdırmalara dəstək verməliyik, təcrübə mübadiləsi aparmalıyıq.Biz parlamentlər olaraq geniş müzakirələr aparmalıyıq”.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Seçilən
43
1
az.trend.az

1Mənbələr