AZ

Azərbaycan yığması İrlandiyaya qarşı

style='margin-bottom:10px;'>

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirəcək.

QOL.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə üz-üzə gələcək. Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı serbiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya 0:2 hesabı ilə məğlub olub.

16 noyabr

14:00. İrlandiya - Azərbaycan

Baş hakim: Miloş Milanoviç (Serbiya)

Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Qennadi Lisita (Moldova)

Dördüncü hakim: İqor Boska (Moldova)

"Zimbru-2" stadionu, Kişinyov. 

16:00. İslandiya - Moldova

Xallar: İslandiya - 3, İrlandiya - 1, Moldova - 1, Azərbaycan - 0.

Seçilən
27
2
teleqraf.com

5Mənbələr