AZ

Kişi kimi uduzan Azərbaycan milliləri...

Bernardo Lippert, Milan Obradoviç, Miloş Velebit. Bu adlar yəqin ki, futbol ictimaiyyətinə çox tanışdı. Tanımayanlar üçün ərz edim ki, hər biri futbolumuzda gününü keçirən, pulunu qazanan və qarşılığında 1 qəpik belə fayda verməyən adamlar olub.

Başverənlərə narazı kütlənin reaksiya eyni idi - bu adamları bəsləyincə, milliləri yerli məşqçilərə həvalə edin. Onsuz da hər oyun uduzuruq. Heç nə düzələn deyil. Barı pulumuz cibimizdə qalsın.

AFFA da eləmədi tənbəllik, keçdi təklif olunan üsula.

Artıq son illər əsas milli xaric digərlərində gəlmələrə yer yoxdur.

Hər birində azərbaycanlı kişisi çalışır. Və hər dəfə də meydana çıxıb kişi kimi uduzurlar. Elə oyunlardan sonra da kişi kimi məğlubiyyət barədə açıqlamalar verirlər. Uşaq futbolu olmayan ölkənin milliləri başqa necə olmalıdı?

Yerli məşqçilərə məğlubiyyətlərlə bərabər, açıqlamalara görə də alqış düşür.

Bir qayda olaraq uduzurlar. Daha arada qələbə qazanıb əcnəbilər kimi başımızı aldatmırlar, gələcəyə ümid vermirlər.

Hansı milliyə uduzmağımızdan asılı olmayaraq, açıq şəkildə elan edirlər ki, rəqiblər çox güclü idi. Bircə bizik yerdə sürünən.

İndi alan da razı, satan da.

PS: Hər şey əladır. Məğlubiyyətlər yerində, yerli məşqçilər iş başında. Bircə əskik odur ki, eyni adlar bezdiricidir. Axı nə qədər Füzuli Məmmədov, Elxan Abdullayev, İlham Yadullayev eşitmək olar? Arada adları da dəyişin. Hə, bircə uşaq futboluna qəti toxunmayın!

XANOĞLAN İMANOV

Seçilən
24
sportinfo.az

1Mənbələr