AZ

Gürcüstanın MSK sədrinə iclas zamanı boya atıblar

Müxalifətçi Kirtadze Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Kalandarişviliyə boya atıb...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının müxalifətçi üzvü David Kirtadze komissiyanın rəhbəri Giorgi Kalandarişvilinin üzərinə qara boya tullayıb.

Hadisə Mərkəzi Seçki Komissiyasının ötən parlament seçkilərinin yekun protokoluna baxılan iclası zamanı baş verib. İnsidentlə əlaqədar iclas yarımçıq dayandırılıb.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ardıcıl 12 ildir hakimiyyətdə olan hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifətin “Dəyişiklik Koalisiyası” isə parlament mandatlarından və dövlət maliyyəsindən imtina edib.

Seçkilərdən sonra respublika prezidenti Salome Zurabişvili həmvətənlərini səsvermənin nəticələrinə etiraz etməyə çağırıb və siyasi böhrandan çıxmaq üçün ölkədə yeni parlament seçkilərinin keçirilməsini istəyib.

Zurabişvili Tbilisiyə gələn Gürcüstanda səsvermənin nəticələrini tanımayan 8 Aİ ölkəsinin parlament komitələrinin rəhbərləri ilə birgə mətbuat konfransında yeni seçkilərin keçirilməsinə çağırış edib.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr