ABŞ İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) "Qüds" xüsusi təyinatlı qüvvələrinə və husilərə qarşı yeni sanksiyalar tətbiq edib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi verdiyi açıqlamada 26 şirkət, fiziki şəxs və gəmini sanksiya siyahısına saldığını açıqlayıb.
Açıqlamaya əsasən, sanksiya tətbiq edilən real və hüquqi şəxslərin hamısı Suriyanın “Əl-Qatarji” adlı klaster şirkəti ilə əlaqəli olub.
Rəsmi Vaşinqton bunun səbəbini də izah edib:
"İran neftini Suriya və Çin Xalq Respublikasına satmaqla sözügedən şirkət İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri və Yəmənin Ənsarullah hərəkatına yüz milyonlarla dollar gəlir əldə edib".
"Cebheinfo.az"