AZ

Şimali Koreyadan sonra Çin Rusiyaya silah yardımına başladı

Rusiya-Ukrayna müharibəsi başladıqadan sonra Çin ilk dəfə olaraq Rusiyaya silah yardımı edib. Tribunainfo.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti Avropa Birliyindəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Avropa Birliyinin rəhbəri Josef Borrel bu barədə kəşfiyyat məlumatlarını Aİ ölkələrinin rəhbərlərinə təqdim edib. “Həmin məlumatlar dəqiq və inandırıcıdır. Və bu ciddi reaksiyalara səbəb olub”.

Mənbə yerli nəşrə bildirib ki, Çinin Rusiyaya verdiyi silahla öldürücüdür və bu, müharibənin gedişatını dəyişə bilər.

“Reuters” isə yazıb ki, AB bununla əlaqədar artıq Çinə qarşı sanksiyalar paketini hazırlamağa başlayıb. “Sanksiyalar paketi demək olar ki, hazırdır. Amma AB rəmsiləri bu məsələdə Çinlə birbaşa danışıq vacib olduğunu və hansı reaksiya verəcəyini də mühüm hesab edirlər”.

Xatırladaq ki, Ukraynaya hərbi təcavüzdən sonra Rusiyaya ilk olaraq Şimali Koreya dəstək verib. Pxenyan, həm silah, həm də canlı qüvvə ilə Moskvaya yardım göstərib. Çinin prosesə qoşulması isə müharibənin gedişatını dəyişə bilər.

Seçilən
12
tribunainfo.az

1Mənbələr