AZ

Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək 6-cı turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri Polşadan Tomasz Kwiatowski və Pawel Pskit olacaq.

Noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Seçilən
4
43
idmanxeber.az

10Mənbələr