AZ

Türkiyəli nazir müavini: Fəlakətlərlə mübarizə üçün dayanıqlı şəhərlər qurmalıyıq

“Dünyadakı iqlim dəyişikliyindən ən çox şəhərlər, onların sakinləri təsirlənir. Son illərdə iqlim dəyişmələri çox böyük təbii fəlakətlərə səbəb olur. Yaxın zamanlarda Avropada - İspaniyada daha əvvəl görünməyən sel fəlakəti qeydə alındı. 250-dən çox insan fəlakətin qurbanı oldu Türkiyə də iqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələrdən biridir. Akdeniz (Aralıq dənizi –red.) iqlim hövzəsində yerləşən ölkə olaraq orta temperaturun 1,5 dərəcəni ötmüş olduğu bir bölgədəyik və təbii fəlakətlərlə mübarizə aparırıq”.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank jurnalistlərə müsahibəsində deyib.

“Fəlakətlərlə mübarizə üçün dayanıqlı şəhərlər qurmalıyıq. Əgər bizdən sonrakı nəsillərə şəhərləri, dünyamızı qoyub getmək istəyiriksə, bu gün həqiqətən tədbir görməyimiz lazımdır. Baş verən proseslərin qarşısını bu gün almasaq, gec olacaq. Bundan sonra da geridönüşü olmayacaq. Buna görə də ortaq evimiz olan dünya üçün hamımızın iqlim hərəkatına qoşulması və səy göstərməsi və həqiqətən də birlikdə hərəkət etməsi vacibdir", - deyə F.Varank bildirib.

Türkiyəli nazir müavininin sözlərinə görə, Azərbaycan şəffaflıq hesabatlarının təqdim edilməsində göstərdiyi nümunə ilə bir çox ölkəyə örnək oldu: "COP29 başlamazdan əvvəl ikiillik şəffaflıq hesabatları təqdim etdilər. Türkiyə olaraq biz də 2053-cü ilə qədər uzunmüddətli sıfır emissiya hədəfimizi COP başlamadan təqdim etdik. Bu da COP Prezidentliyinin bir uğurudur. Altı gün keçməsinə baxmayaraq, COP29-un çox tədbirində yenə böyük sıxlıq müşahidə olunur. İştirakçı sayında azalma yoxdur. Bu müddət ərzində problemsiz bir COP tədbiri keçir. COP29 Prezidentliyinin tədbiri uğurla başa vuracağına əminik".

Seçilən
28
xalqqazeti.az

1Mənbələr