Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatı keçiriləcək.
ACF-dən İdman.bizə verilən məlumata görə, yarışda müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən olan 300-dən çox cüdoçu Bakı İdman Sarayında medallar uğrunda mübarizə aparacaq.
Noyabrın 29-dan dekabrın 1-dək baş tutacaq yarışı izləmək üçün arenaya giriş sərbəst olacaq.
İdman.biz