AZ

Niderlandın oyununda dörd azərbaycanlı söz sahibi olacaq

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.

Sportinfo.az xəbər verir ki, bu qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaqlar.

Noyabrın 19-da Zenitsa şəhərindəki “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Seçilən
43
sportinfo.az

1Mənbələr