AZ

"Oyunların sayını azaltsaq, maaşları da azaltmaq məcburiyyətində qalacağıq"

UEFA prezidenti Aleksandr Çeferin oyunların sıxlığından şikayət edən futbolçulara cavab verib.

Sportinfo.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri oyunçuların haqsız olduğunu bildirib:

“Matçların sayını azaltsaq, maaşları da azaltmaq məcburiyyətində qalacağıq. Bunun başqa yolu yoxdur. FIFA və UEFA-nın üstünə düşmək asandır.

Amma məsələnin həll yolu bəllidir. Az oynasaz, az qazanacaqsız. Şikayət etməli olanlar ayda 1000 avro maaş alan fabrik işçiləridir”.

Seçilən
13
sportinfo.az

1Mənbələr