AZ

Mauro İkardi məhkəməyə getməyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qalatasaray"ın futbolçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Naranın cinsi zorakılıq ittihamı ilə ona qarşı qaldırdığı işin məhkəmə iclasına qatılmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vanda Naranın vəkili Ana Rosenfeld Argentina mətbuatına açıqlamasında danışıb.
"İkardinin məhkəmənin təxirə salınması barədə tələbi rədd edildi. Məhkəmədə baş verən hadisələrə aydınlıq gəldi. Naranın yaşadıqları heç də xoşagələn deyildi. Məhkəmənin detalları mediadan gizli tutulur".
Rosenfeld İkardinin Türkiyədə yaşadığını xatırladaraq bu sözləri əlavə edib: "Bu məhkəmə ölkə kənarına çıxa bilər. Türk dilini öyrənmək məcburiyyətində qalacağam".
Vanda Naranın güclü bir qadın olduğunu vurğulayan Rosenfeld şikayətlərindən imtina etməyəcəklərini bildirib. O qeyd edib ki, bu mövzu sadəcə 2 günlük bir məsələ deyil, aylardır davam edən prosesdir.
Seçilən
8
3
oxu.az

4Mənbələr