ABŞ-nin 2024-cü il prezident seçkilərindən sonra Donald Trampınmümkün administrasiyası ilə bağlı müzakirələr artıq beynəlxalqsiyasi analitiklər arasında ciddi diqqət mərkəzindədir. Trampınyenidən prezident kürsüsünə qayıtması halında onunadministrasiyasına daxil olacaq fiqurların pro-erməni mövqeləri vəABŞ-dəki erməni diasporası ilə əlaqələri xüsusi araşdırmayalayiqdir. Bu məqalədə Tulsi Qabbard, Marko Rubio, Robert Kennedi vəVivek Ramasvami kimi tanınmış şəxslərin mövqeləri, bəyanatları vəfəaliyyətləri ilə bağlı geniş təhlil təqdim olunur.
Tulsi Qabbard: Sakit okean adasından ermənixidmətçiliyinə
Sabiq konqresvumen və 2020-ci il prezident seçkilərində demokratnamizəd Tulsi Qabbard erməni məsələlərinə dair açıq mövqeləri ilədiqqət çəkib. O, dəfələrlə qondarma "erməni soyqırımı" iddialarınıdəstəkləyən bəyanatlar verib və Ermənistan-Azərbaycan münaqişəsindəhəmişə İrəvanın mövqeyini dəstəkləyib.
Qabbardın mövqeləri ABŞ-dəki güclü erməni diasporası iləəlaqələri ilə izah edilə bilər. 2017-ci ildə Qabbard Ermənistanarəsmi səfər etmiş, səfər əsnasında Ermənistan hökuməti ilə sıxəlaqələr qurmuşdu. O, səfəri zamanı demişdi: "ABŞ və Ermənistanarasında ortaq tariximiz və dəyərlərimiz var. Ermənistanınmüstəqilliyi və güclü əlaqələrimiz çox önəmlidir".
Erməni diasporası ilə əməkdaşlıq edən bir çox lobbitəşkilatları, məsələn, Amerika Erməni Milli Komitəsi (ANCA),Qabbardı dəstəkləyib. Bu dəstək ona seçki kampaniyası zamanı həmmaliyyə yardımı, həm də siyasi dəstək şəklində təzahür edib.
ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə TulsiQabbardın təyinatı təkcə ABŞ siyasi dairələrini təəccübləndirmədi,həm də beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb oldu. Havayştatını təmsil etmiş keçmiş konqresvumen, Rusiya yönümlübəyanatları ilə tanınan Qabbard Donald Tramp administrasiyasınınyeni tənqid dalğalarının mərkəzi fiquruna çevrildi.
Xankəndinə qanunsuz səfər
Hələ 2022-ci ildə Ukraynanın “Mirotvorets” təşkilatı TulsiQabbardın adını “Ukraynanın düşmənləri” siyahısına daxil etmişdi vəonu Rusiyanın informasiya əməliyyatlarında iştirak etməkdə ittihametmişdi. Belə bir fiqurun ABŞ kəşfiyyatına rəhbərlik etməsi iləbağlı qərar spekulyasiyaların artmasına səbəb oldu: bu qərarınarxasında kimlər dayanır və məqsəd nədir?
Xüsusilə Qabbardın 7 il əvvəl, l dövrdə erməni işğalında olanXankəndiyə səfər etməsini unutmaq olmaz. 2017-ci ildə o, digərermənipərəst siyasətçilərlə birgə Azərbaycanın işğal olunmuşərazilərinə səfər etmiş və buna görə Azərbaycan XİN-nin "qarasiyahı"sına daxil edilmişdi. Həmin səfər ABŞ-dakı erməni lobbiqruplarının "Dağlıq Qarabağı tanıtmaq" strategiyasının bir hissəsiidi.
Siyasi mimikriya
Tulsi Qabbardın siyasi karyerası da maraqlıdır. ƏvvəllərDemokratlar Partiyasının üzvü olan Qabbard 2022-ci ildə partiyadanayrıldığını elan etdi və 2024-cü ildə Respublikaçılar Partiyasınaqoşuldu. Bu dəyişiklik ona respublikaçıların etimadını qazandırsada, keçmiş partiyadaşlarının tənqidini gücləndirdi.
Ermənistanla əlaqələr və Türkiyə əleyhinəmövqe
Tulsi Qabbard Türkiyəyə qarşı aqressiv, ifrat sərt sərt mövqeyiilə də tanınır. 2020-ci il 44 günlük İkinci Qarabağ Müharibəsizamanı o, Ankaranı "münaqişənin gərginləşməsində" ittiham etmiş vəAğ Evi "Türkiyəyə təzyiq göstərməyə" çağırmışdı. Bu yanaşma onuABŞ-dəki erməni diasporu ilə yaxınlaşdırdı və bu günə qədər onlarındəstəyini qazanmasına səbəb oldu.
Qabbard kimi siyasətçilərin bəyanatları ABŞ-Azərbaycanmünasibətlərində gərginliyə səbəb olur. Robert Kennedi kimifiqurların absurd çıxışları da vəziyyəti daha da mürəkkəbləşdirir.Kennedi Qarabağ üzərində Ermənistanın suverenliyini bərpa edəcəyinivə separatçılara dəstək verəcəyini vəd etmişdi. Bu cür bəyanatlarRespublikaçıların seçki kampaniyasına təsir etsə də, ABŞ-ninregional siyasətində gərginlik yaradıb.
Tulsi Qabbardın təyinatı ABŞ-nin siyasi kursunun gələcəkdə necədəyişəcəyinə işarə ola bilər.
Marko Rubio: espublikaçı senatorun "ikilistandartları"
Dövlət katibi postuna potensial namizəd olan Marko Rubio daBakıya qarşı sərt mövqeyi ilə diqqət çəkir.
Marko Rubio ABŞ Senatının tanınmış respublikaçı üzvü,Ermənistan-Azərbaycan münasibətlərində dəfələrlə ermənipərəstmövqelər nümayiş etdirib. Xüsusilə 2020-ci ildə İkinci Qarabağmüharibəsi zamanı Rubio açıq şəkildə Ermənistanı dəstəkləyənbəyanatlar vermiş və Azərbaycanın ərazi bütövlüyü məsələsinigözardı etmişdi.
Rubio 2021-ci ildə verdiyi bir açıqlamada demişdi:"Azərbaycanın hərbi əməliyyatları nəticəsində Ermənistanınmədəni irsi və dini abidələri məhv edilir. Bu məsələyə beynəlxalqsəviyyədə diqqət yetirilməlidir".
Bu cür bəyanatlar, ABŞ-dəki erməni diasporasının sifarişi iləverilir, təbii ki. Şübhə yoxdur ki, ANCA və digər erməni lobbitəşkilatları Rubionun siyasi kampaniyalarına maliyyə dəstəyiverməklə onun mövqelərinə təsir göstərib.
Erməni diasporası ilə əlaqələri
M.Rubio Florida ştatındakı güclü erməni icması ilə çlx sıxtəmaslardadır.
Onun seçki kampaniyasında erməni əsilli donorların iştirakıbarədə məlumatlar mövcuddur. Bu əlaqələr, Rubionun gələcəkadministrasiyada mümkün vəzifə tutacağı halda ABŞ-nin Ermənistansiyasətinə təsir göstərə biləcəyi narahatlıqlarını artırır.
Son illərdə ABŞ siyasətində Azərbaycan-Ermənistan münasibətləriilə bağlı mövqelər müxtəlif fiqurların xarici əlaqələrindən vədaxili siyasi hədəflərindən təsirlənib. Bu kontekstdə Floridaştatını təmsil edən senator Marko Rubio xüsusi diqqət çəkir. Rubiotəkcə İran və Çin kimi ölkələrə qarşı sərt yanaşması ilə deyil,eyni zamanda ABŞ-dəki erməni diasporu ilə sıx əlaqələri vəaçıq-aşkar pro-erməni mövqeyi ilə də tanınır.
Rubionun erməni diasporası ilə əməkdaşlığı
Marko Rubio, ABŞ-də fəaliyyət göstərən ən nüfuzlu ermənitəşkilatlarından biri olan Erməni Milli Komitəsi(ANCA) ilə əməkdaşlıq edən siyasətçilərdən biridir. ANCAABŞ siyasətində erməni maraqlarını müdafiə edən ən aktiv lobbiqruplarından biri olaraq tanınır. Bu təşkilat, ABŞ-də fəaliyyətgöstərən erməni diasporası vasitəsilə Konqresdəki üzvlərə cidditəsir göstərə bilir. Rubio ANCA-nın təşəbbüslərini dəstəkləməkləyanaşı, onların dəstəyini də qazanmışdır ki, bu da onun Ermənistanvə erməni maraqlarına olan yaxınlığını açıq şəkildə nümayişetdirir.
Rubionun bu mövqeyi, xüsusən də 2023-cü ilin sentyabr ayındaAzərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatlarınaqarşı çıxışı zamanı daha aydın görünür. Rubio, buəməliyyatları "etnik təmizləmə" adlandırmış və Birləşmiş ŞtatlarıAzərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Onuntəşəbbüsü ilə Senatda Azərbaycana qarşı sanksiyaların tətbiqi üçünqətnamə layihəsi irəli sürülüb. Bu mövqe, Rubionun Ermənistanın vəerməni diasporunun maraqlarını açıq şəkildə müdafiə etdiyinigöstərir.
Rubionun "erməni sevgisi"nin arxasında nədayanır?
Marko Rubionun bu cür mövqeyinin bir neçə səbəbi ola bilər:
Siyasi dəstək axtarışı: ABŞ-da ermənidiasporası olduqca güclüdür və siyasi kampaniyalarda təsirli roloynayır. Rubionun erməni diasporası ilə əməkdaşlığı, onun seçkikampaniyalarında bu icmanın dəstəyini qazanmaq üçün bir taktika olabilər. Geosiyasi maraqlar: Rubionun İran və Çinəqarşı sərt mövqeyi onu Ermənistanı strateji tərəfdaş kimi görməyəvadar edə bilər. Ermənistan, xüsusilə İranla sərhəddə yerləşdiyiüçün ABŞ-nin müəyyən dairələrində önəmli geosiyasi tərəfdaş kimiqəbul edilir. Bu isə Rubionun Ermənistanı dəstəkləməsinə vəAzərbaycanla münasibətləri gərginləşdirməsinə səbəb ola bilər.Erməni lobbiçiliyinin təsiri: ANCA kimitəşkilatların ABŞ siyasətçiləri üzərində təsiri geniş yayılmış birfenomendir. Rubionun da bu təsirdən yan keçməsi çətindir. Onunerməni diasporu ilə sıx əlaqələri bu lobbiçiliyin birbaşa nəticəsikimi qiymətləndirilə bilər.
Rubionun mövqeyi nələrə səbəb ola bilər?
Marko Rubionun ABŞ dövlət katibi postuna təyin olunma ehtimalıciddi müzakirələrə səbəb olmuşdur. Təyinatın baş tutması ehtimalıçox yüksəkdir. Əgər bu baş verərsə, onun Azərbaycana qarşı sərtmövqeyi və erməni maraqlarını müdafiə edən siyasəti ABŞ-Azərbaycanmünasibətlərinə mənfi təsir göstərə bilər.
Rubionun dövlət katibi kimi fəaliyyəti zamanı mümkün təsirlərbunlardır:
- Azərbaycan-Ermənistan münasibətlərinəmüdaxilə: ABŞ-ın Ermənistanın tərəfini açıq şəkildətutması bölgədəki sülh prosesinə mənfi təsir göstərə bilər. Bu,Azərbaycanı alternativ tərəfdaşlarla əməkdaşlığa məcbur edəbilər.
- Ermənistanın dəstəklənməsi: ErmənistanınABŞ-dən daha çox hərbi və maliyyə yardımı alması, bölgədə gücbalansını dəyişdirə bilər.
- Azərbaycanın mövqeyinə qarşı təzyiq: ABŞ-ninAzərbaycanın enerji layihələrinə qarşı sanksiyalar tətbiq etməsi vəya Avropaya qaz tədarükünə mane olması ehtimalı yaranır.
Daha bir "erməni sevdalısı" - RobertKennedi
Tanınmış siyasi fiqur və ekoloji fəal Robert Kennedison illərdəErmənistanla bağlı məsələlərdə dəfələrlə mövqe bildirib. O,xüsusilə erməni soyqırımı iddialarını açıq şəkildə dəstəkləyib vəABŞ hökumətini bu məsələdə qətiyyətli addımlar atmağa çağırıb.
Kennedi 2023-cü ildə bir tədbirdə demişdi: "Biz tarixdə başverən faciələrə göz yuma bilmərik. Ermənilərin məruz qaldığısoyqırımı tanımaq, yalnız tarixi ədalətin bərpası deyil, həm dəgələcəkdə bu cür cinayətlərin qarşısını almaq üçünvacibdir".
R.Kennedinin bu cür bəyanatları onun Ermənistan diasporası iləsıx əlaqələrindən qaynaqlanır. ABŞ-dəki erməni icmaları iləmünasibətləri onun siyasi gündəmində əhəmiyyətli rol oynayır.
ABŞ prezidentliyinə namizədliyini irəli sürən və daha sonramüstəqil namizədliyindən imtina edərək Donald Trampın tərəfinəkeçən Robert Kennedi-yə ABŞ-dəki erməni diasporunun açıq dəstəyiheç kim üçün sirr deyil. Kennedi, Ermənistanın və ABŞ ermənidiasporunun maraqlarını dəstəkləyən açıqlamaları ilə diqqət çəkmiş,xüsusilə də Azərbaycanla bağlı mövqeyi ilə gündəmdə olmuşdur. Buməqalədə Robert Kennedinin erməni diasporu ilə əlaqələri, onunpro-erməni siyasəti və bu siyasətin arxasında duran amillər ətraflıtəhlil ediləcək.
ABŞ-də güclü siyasi təsirə malik olan erməni diasporu müxtəlifdövrlərdə öz maraqlarını irəli sürmək üçün fərqli siyasi fiqurlaradəstək verib. Robert Kennedi də bu dairələrin diqqət mərkəzindəolan şəxslərdən biri idi. Onun seçki kampaniyası müddətində ermənidiasporu tərəfindən maliyyə və siyasi dəstək alması barədə müxtəlifməlumatlar mövcuddur. Kennedi, xüsusən də ABŞ-dəki ermənitəşkilatlarının maliyyə yardımları və təbliğatı ilə müəyyən siyasidairələrdə diqqət çəkməyə çalışmışdır.
Kennedinin bəyanatları onun erməni maraqlarına xidmət edən birnamizəd kimi tanınmasına səbəb olmuşdur. O, prezident seçiləcəyitəqdirdə "Dağlıq Qarabağ üzərində Ermənistanın suverenliyini bərpaetmək" vədini vermiş, həmçinin, "qarabağlı ermənilərin özmüqəddəratını təyinetmə hüququnu təmin etmək" fikirlərinisəsləndirib. Bu kimi bəyanatlar ABŞ-dəki erməni diasporunungözləntilərinə tam uyğun idi və Kennedinin onları qane etməkcəhdini nümayiş etdirirdi.
ABŞ-də siyasi proseslərdə təsir gücünü qoruyub saxlamaq üçünerməni diasporu yalnız əsas siyasi partiyaların namizədləri ilədeyil, həm də müstəqil və ya zəif namizədlərlə də əməkdaşlıq etməyəçalışır. Həm Demokratlar, həm də Respublikaçılar partiyalarınınliderləri – Co Bayden və Donald Tramp – "erməni məsələsindən" uzaqdurmağa çalışdıqları bir dövrdə diaspor Robert Kennedi və VivekRamasvamini dəstəkləməyə üstünlük verdi.
Kennedi diasporun dəstəyi ilə Trampın komandasına yaxınlaşmağaçalışdı və ona "erməni məsələsini" gündəmə gətirməkdə israr etdi.Kennedinin bu səyləri nəticəsində Tramp seçkilərə bir neçə günqalmış "Truth Social" platformasında "Artsax" ifadəsini işlədərəkerməni tərəfini dəstəklədiyini bildirdi. Bu açıqlamada Tramp ABŞ-ınhazırkı vitse-prezidenti Kamala Harrisi "ermənilərin müdafiəsindəfəaliyyətsizlikdə" ittiham etdi və seçkilərdə qalib gələrsə, "etniktəmizləmələrə son qoyacağını" və Ermənistanla Azərbaycan arasındasülhü bərpa edəcəyini vəd etdi.
Robert Kennedinin siyasi mövqeyinə nəzər yetirdikdə, onunABŞ-nin əsas siyasi maraqları ilə deyil, daha çox müəyyən etnikqrupların lokal maraqlarına xidmət etdiyi aydın olur. Bu,Kennedinin siyasi karyerasına zərbə vurdu, çünki ABŞictimaiyyətində belə mövqelər birmənalı qarşılanmır. Kennedininbəyanatlarında "erməni məsələsi"ni qabartması və Azərbaycanəleyhinə çıxışlar etməsi ABŞ-ın siyasi maraqlarına deyil, daha çoxerməni diasporunun məqsədlərinə xidmət etdiyini göstərdi.
Erməni diasporunun Kennedi üzərindəki təsiri və onunermənipərəst mövqeyi ABŞ-nin digər siyasi dairələrində əks-sədadoğurmadı. Trampın son anda erməniləri dəstəkləyən bəyanatlarınabaxmayaraq, Ermənistan ictimaiyyəti Trampın vədlərinə şübhə iləyanaşdı. Bu isə bir daha göstərdi ki, erməni diasporunun ABŞ-dəkisiyasəti daha çox simvolik addımlarla məhdudlaşır və bu addımlarınpraktik nəticələri olmur.
Gələcəkdə erməni diasporunun ABŞ-dəki siyasi təsirini qoruyubsaxlamaq üçün daha böyük oyunçulara deyil, daha az nüfuzlunamizədlərə fokuslanmağa davam edəcəyi ehtimal edilir. Bu isə ABŞsiyasətində onların təsirini zəiflədir və uzunmüddətli perspektivdədiasporun strategiyalarına yenidən baxmasını zəruri edir.
Robert Kennedinin prezidentlik kampaniyası ABŞ-dəki ermənidiasporunun təsirinin bir daha üzə çıxmasına səbəb oldu. Onunpro-erməni mövqeyi və absurd bəyanatları ABŞ ictimaiyyətində ciddiqəbul edilməsə də, erməni diasporunun maraqlarını irəli sürməkdəistifadə olunan bir alət kimi diqqət çəkdi. Bununla belə, Kennedivə onun kimilərin ABŞ siyasətindəki real təsir gücü sual altındadırvə bu, erməni diasporunun uzunmüddətli strategiyalarının nədərəcədə uğurlu olacağını yenidən düşünməyə vadar edir.
Vivek Ramasvami: Gənc milyarderin erməni"tutqu"su
Hind əsilli milyarder Vivek Ramasvami 2024-cü il prezidentseçkilərində respublikaçı namizəd olaraq diqqət çəkib. O,Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birbaşa bəyanatlarverməsə də, onun bəzi mövqeləri dolayısı ilə Ermənistanıdəstəklədiyini göstərir. Ramasvaminin ABŞ-dəki erməni diasporasıilə iqtisadi əlaqələri barədə məlumatlar mövcuddur.
Ramasvaminin bir neçə startap layihəsinə erməni əsilli işadamlarının investisiya qoyduğu iddia edilir. Bu əlaqələr, onunErmənistanla bağlı məsələlərdə neytral mövqedən uzaq ola biləcəyinigöstərir.
ABŞ-də baş verən siyasi proseslər dünya siyasətinə mühüm təsirgöstərir və bu proseslərin iştirakçılarının mövqeləri qlobalmiqyasda diqqətlə izlənilir. Bu kontekstdə, ABŞ prezidentliyinənamizəd olmuş, indi isə ABŞ hökumətinin iş səmərəliliyini artırmaqüzrə Agentliyin rəhbərliyinə təyin edilən hind əsilli biznesmenVivek Ramasvaminin Ermənistan və erməni lobbisi ilə əlaqələrixüsusi diqqətə layiqdir. Onun seçki kampaniyası zamanı və sonrakıdövrlərdə göstərdiyi açıq-aşkar proerməni mövqeyi həm Azərbaycanda,həm də beynəlxalq ictimaiyyətdə ciddi suallar doğurur.
Vivek Ramasvaminin seçki kampaniyası dövründə göstərdiyi mövqeonun erməni lobbisinin maraqlarına uyğun siyasət yürütməkniyyətində olduğunu nümayiş etdirirdi. O, Azərbaycana qarşıittihamlar irəli sürərək, Ermənistanın separatçı maraqlarınıdəstəklədiyini açıq şəkildə ifadə etmişdi. Ən qalmaqallıçıxışlarından biri zamanı Ramasvami, Ermənistanın 44 günlük Vətənmüharibəsi zamanı Bərdəyə raket zərbələri endirməsini Azərbaycantərəfindən "erməni şəhərlərinin dağıdılması" kimi təqdim etmişdi.Bu, onun reallıqları təhrif edərək Ermənistanın maraqlarına xidmətetdiyini göstərən bariz nümunədir.
Bundan əlavə, Ramasvami prezident seçiləcəyi təqdirdəAzərbaycanın ərazi bütövlüyünü pozacaq bir addım atacağını və"qarabağlı ermənilərin müstəqilliyini tanıyacağı"nı bəyan etmişdi.Bu, onun Ermənistanın təcavüzkar siyasətini açıq şəkildədəstəklədiyini və beynəlxalq hüququn əsas prinsiplərinə ziddmövqedə dayandığını təsdiqləyir.
ABŞ-də erməni lobbisinin güclü təsir gücü uzun illərdirməlumdur. Erməni diasporunun müxtəlif siyasətçilərə və ictimaixadimlərə təsir etməsi, onları Ermənistanın maraqlarını müdafiəetməyə sövq etməsi artıq geniş müzakirə olunan bir məsələdir.Ramasvaminin siyasi fəaliyyətinin erməni lobbisinin dəstəyi iləəlaqələndirilməsi üçün ciddi əsaslar var. Onun seçki kampaniyasınımaliyyələşdirən şəxslər arasında erməni əsilli biznesmenlərin vətəşkilatların olması barədə məlumatlar ictimaiyyətə məlum olub. Budəstək, şübhəsiz ki, onun mövqeyinə təsir edib və onu Ermənistanınmaraqlarını qorumağa yönəldib.
V.Ramasvaminin Ermənistanla olan münasibətləridə diqqət çəkir. Onun Ermənistan hökuməti ilə qeyri-rəsmi təmaslarıbarədə məlumatlar mövcuddur. Ermənistan hökumətinin təbliğat maşınıRamasvaminin çıxışlarından tez-tez istifadə edərək, onunAzərbaycana qarşı sərt tənqidlərini öz maraqlarına uyğun təqdimedib. Ermənistan mətbuatında Ramasvami "erməni dostu" kimixarakterizə edilir və onun fikirləri geniş işıqlandırılır. Bu, onunErmənistanın təbliğat kampaniyasına dolayı şəkildə dəstək verdiyinigöstərir.
Vivek Ramasvaminin ermənipərəst mövqeyi və erməni lobbisi iləəlaqələri Azərbaycan üçün həm beynəlxalq diplomatiyada, həm də ABŞilə ikitərəfli münasibətlərdə müəyyən problemlər yarada bilər. OnunABŞ hökumətində mühüm vəzifə tutması ehtimalı erməni diasporasınınAzərbaycana qarşı fəaliyyətini gücləndirmək potensialına malikdir.Bununla yanaşı, Azərbaycan hökuməti və diasporu Ramasvamininmövqeyinə qarşı səylərini artırmalı və onun reallıqları təhrif edənaçıqlamalarını ifşa etmək üçün daha aktiv iş aparmalıdır.
Ramasvaminin fəaliyyəti bir daha göstərir ki, beynəlxalqsiyasətdə erməni lobbisinin təsiri nə qədər geniş və təhlükəli olabilər. Azərbaycan diplomatiyasının bu kimi təhdidlərə qarşımübarizədə daha təsirli addımlar atması vacibdir.
... Donald Trump-ın yenidən prezident seçilməsi və bu fiqurlarınadministrasiyada yüksək vəzifələr tutması halında ABŞ-ınErmənistan-Azərbaycan siyasətində balansın pozulacağı ehtimalıartır. Bu, xüsusilə Ermənistanın ABŞ-dan daha çox hərbi və siyasidəstək alması ilə nəticələnə bilər.
Müxtəlif siyasi ekspertlərin fikrincə, ABŞ-dakı ermənidiasporasının Trump administrasiyasına təsiri, yalnız erməni lobbitəşkilatlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu təsir, həm dəABŞ-ın Yaxın Şərq və Qafqazdakı strateji maraqlarına zidd olaraqErmənistanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər.
Əgər Tramp administrasiyası erməni gündəmini dəstəkləməkqərarına gəlsə, bu, Cənubi Qafqazdakı güc balansını dəyişməkləbağlı Ermənistanın xülyalarını və revanşizmini gücləndirə bilər.Eyni zamanda, bu cür qərarlar beynəlxalq ziddiyyətləri artıracaq vəABŞ-ı neytral vasitəçidən çox münaqişənin fəal iştirakçısınaçevirəcək.
Belə bir inkişaf təkcə Bakının deyil, həmçinin Ankaranın,Moskvanın və Tehranın diplomatik strategiyalarının yenidən nəzərdənkeçirilməsinə səbəb ola bilər, çünki yaşana biləcək proseslərregionda ABŞ-ın mövqeyinin güclənməsi onların maraqlarına birbaşatəhdid kimi qəbul ediləcək.
Azərbaycan belə fiqurlara qarşı beynəlxalq platformalarda özhaqlı mövqeyini müdafiə edəcək.Ölkə, xüsusilə də BMT, ATƏT və digərbeynəlxalq təşkilatlarda Ermənistanın Qarabağda həyata keçirdiyiəsl "etnik təmizləmə" siyasətini və 30 il ərzində Azərbaycanıntarixi torpaqlarına vurduğu zərəri faktlarla təqdim edəcək. Bundanəlavə:
ABŞ-dəki Azərbaycan diasporunungücləndirilməsi: ABŞ-dakı azərbaycanlı icmalarınaktivləşdirilməsi və Azərbaycan həqiqətlərinin bu ölkədə daha genişyayılması vacibdir. Diplomatik fəaliyyətinartırılması: Azərbaycan xarici işlər nazirliyi vəsəfirlikləri ABŞ siyasətçiləri ilə daha sıx əlaqələr qurmalı vəölkəmizin mövqeyini dəstəkləyən müttəfiqləri ilə əməkdaşlığıgücləndirməlidir. Alternativ tərəfdaşlarınaxtarılması: ABŞ-ın mümkün təzyiqlərinə qarşı AzərbaycanAvropa İttifaqı, Çin, Türkiyə və digər tərəfdaşlarla münasibətlərigenişləndirməlidir.
... Donald Trampın mümkün administrasiyasında yer ala biləcəkermənipərəst fiqurlar təbii ki, ermənilərin illüziyalarınıgücləndirir.
Fəqət, onlar illüziya olaraq qalır.