AZ

Rusiya dövlət dumasının vitse-spikeri: "İqlimi müdafiə edən parlamentin səsi eşidilməlidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu genişmiqyaslı tədbirin keçirilməsində azərbaycanlı dostlarımızı dəstəkləyirik. Bu, çox vacibdir. İqlimi müdafiə edən parlamentin səsi eşidilməlidir, çünki parlament xalqın fikrini ifadə edir".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya dövlət dumasının vitse-spikeri Andrey Yatskin deyib.
O bildirib ki, Bakıda artıq ilk iclasda iqlim dəyişiklərindən qorunmaq üçün bir sıra konkret təkliflər edilib:
"Ölkəmiz Azərbaycanla birlikdə prezidentlərimizin tapşırığı ilə Xəzər dənizinin mühafizəsi istiqamətində də tədqiqatlar və fəaliyyətlər həyata keçirir. Ümid edirəm ki, bugünkü görüş Xəzər dənizinin mühafizəsi də daxil olmaqla iqlim dəyişikliyindən qorunmaq üçün konkret tədbirlərin hazırlanması ilə yadda qalacaq".
Mərahim Nəsib
Seçilən
112
50
oxu.az

10Mənbələr