AZ

MSK sədrinə qara yaxdılar

Hurriyyet.az xəbər verir ki, seçkilərin son nəticəsinin elan edilməsi ərəfəsində Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvilinin üzərinə qara boya töküblər. Bu əməli "Milli hərəkat"ın təmsilçisi, komissiyanın müxalifətçi üzvü David Kirtadze törədib.

MSK-nın seçkilərin son nəticələrini elan ediləcəyi iclası qalmaqal və dava-dalaşla başlanıb. 

Kirtadze içərisində qara maye olan stəkanı əlində tutaraq MSK sədrinə yanaşıb və deyib: "Siz gürcü xalqını eşitmirsiniz, etiraz edən tələbələri eşitmirsiniz. Siz Gürcüstanın gələcəyini, bizim gələcəyimizi əlimizdən almısınız, ölkəmizi Rusiyaya sarı itələyirsiniz. Heç səni sədr adlandıra bilmirəm. Sən "nöqtə ru"san (.ru - red.). Sən qara ləkəsən".

Tezliklə hadisə yerində dava başlanıb. Komissiya üzvlərini asasyiş və mühafizə əməkdaşları ayırmalı olublar. İclas dayandırılıb. Zalı və Kalandarişvilinin kreslosunu boyadan təmizləməyə başlayıblar.

MSK idarəsinin qarşısında isə yüzlərlə şəxsin iştirakı ilə etiraz aksiyası keçirilr. Onlar seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. MSK-nın ilkin məlumatına görə, hakim "Gürcü arzusu" partiyası səslərin 53,93 faizini qazanaraq qalib gəlib və hökuməti təkbaşına qurmaq imkanı qazanıb.

Müxalif "Dəyişikliklər naminə koalisiya"nın 11, "Vahid milli hərəkat" partiyasının 10,16, "Güclü Gürcüstan"ın 8,8, "Qaxariya Gürcüstan üçün"ün isə 7,76 faiz səs topladığı bəyan edilib.

Hürr Tərcüman

Seçilən
38
1
hurriyyet.az

2Mənbələr