AZ

Orxan Məmmədov: "Biz qlobal KOB ekosistemini konsolidasiya etməyi hədəfləyirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"KOB-lar qlobal istiləşmənin təsirlərinə daha həssasdırlar".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov COP29 çərçivəsində təşkil olunmuş "İqlim dəyişikliyinə dayanıqlı kiçik orta bizneslər" adlı tədbirdə bildirib.
O.Məmmədov qeyd edib ki, COP29 çərçivəsində bir neçə gün bundan əvvəl KOB-ların yaşıl keçidinin təşviqinə, bu sahədə əməkdaşlığa dair sənədlər imzalanıb:
"Bu təşəbbüs dünya üzrə KOB-lar üçündür. Biz qlobal KOB ekosistemini konsolidasiya etməyi hədəfləyirik ki, onların yaşıl keçidi real, praktik olsun. Bakı Bəyannaməsi KOB-ların qlobal iqtisadiyyat üçün oynadığı roldan və onların yaşıl keçid prosesində dəstəklənməsinin vacibliyindən bəhs edir. Biz hamımız bilirik ki, planetimizə əhəmiyyətli iqlim zərəri vurulur. Beləliklə, bütün iqtisadi aktorlardan hərtərəfli və əhatəli yanaşma tələb edir".
Məhərrəm Əliyev
Seçilən
29
3
oxu.az

5Mənbələr