AZ

UNESCAP: İqlim dəyişiklərinin mənfi təsirlərinin aradan qaldırılması üçün sərmayələr artırılmalıdır

İqlim dəyişiklərinin Asiya-Sakit okeanı regionuna mənfi təsirlərinin aradan qaldırılması üçün sərmayələr artırılmalıdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (UNESCAP) icraçı katibi Armida Salsiah COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

"Asiya-Sakit okean regionunda rəqəmsal texnologiyaların çoxsaylı iqtisadi və sosial üstünlükləri təmin olunub. Bununla belə iqlim dəyişikliyi və yaşıl keçid fonunda hələ də mənfi təsirlərin aradan qaldırılması üçün görüləcək mühüm işlər qalmaqdadır. Ağıllı sistem şəbəkələrinə və bərpa olunan enerji mənbələri infrastrukturuna sərmayə qoyulması çox vacibdir. Enerji intensivliyi, süni intellektin daha da geniş vüsət alması fonunda belə sərmayələr daha böyük aktuallıq qazanmış olur. Mənfi təsirlərin neytrallaşdırması yönündə qanunverici çərçivələrin formalaşması da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan yaşıl rəqəmsal bəyannamə, o cümlədən mənim təmsil etdiyim regionda rəqəmsal innovasiyaların inkişafında və iqlim dəyişikliyi ilə mübarizədə çox önəmlidir",- deyə o qeyd edib.

BMT rəsmisi həmçinin Azərbaycan hökümətinə belə bir mühüm tədbiri təşkil etdiyi üçün minnətdarlıq edib.

Seçilən
8
report.az

1Mənbələr