Hakim “Gürcü Arzusu” partiyası seçkilərin yekun nəticələrinə görə, on birinci çağırış Gürcüstan parlamentində 150 yerdən 89-unu qazanıb.
Modern.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 16-da keçirdiyi iclasda 26 oktyabr tarixli parlament seçkilərinə yekun vurub.
Seçkilərin nəticələrinə əsasən, parlamemtdəki 150 yer aşağıdakı kimi bölüşdürülüb:
“Gürcü Arzusu” – 89 yer;
"Dəyişiklik Koalisiyası" – 19 yer;
“Birlik – milli hərəkat” – 16 yer;
“Güclü Gürcüstan” – 14 yer;
“Gürcüstan üçün” – 12 yer.
Beləliklə, Gürcüstanın hakim partiyası rekord qıraraq, seçicilərin təxminən 54%-nin dəstəyini alıb və seçkilərin nəticələrinə görə dördüncü dəfə hakimiyyəti qoruyub saxlaya bilib.