Almaniyanın "təcili" qrifiylə axytarışa verdiyi narkobaron İstanbulda tutulub.
Mia.az Türkiyə mətbuatına istandla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir bildirib ki, Almaniyanın "Təcili həbs" qrifiylə axtarışa verdiyi "Narkobaron" Daniel Sobotta bu gün İstanbulda keçirilən əməliyyat zamanı saxlanılıb: "Daniel Sobotta İstanbulun Şişli rayonunda tutulub. Uğurlu əməliyyata görə, polislərə təşəkkür edirik".
Firudin Səfərli
MİA.AZ