AZ

Düyüyə həşərat düşməsinin qarşısını BU ÜSULLA ALIN

Düyü, mərcimək, noxud kimi paxlalı bitkilər rütubət səbəbindən həşəratlarla yoluxa bilər. 

News24.az xəbər verir ki, dəfnə yarpağı düyü həşəratlanmasının qarşısını almaq üçün ən təsirli təbii üsullardan biridir. Dəfnə yarpaqları qoxusu ilə həşəratları dəf edir və düyünü ilk günkü kimi təzə saxlayır.

Yarpaqları birbaşa düyü qabına qoyun ki, düyü arasında qalsın. Dəfnə yarpağını müəyyən aralıqlarla yeniləyərək təsirini artıra bilərsiniz.

Dəfnə yarpaqlarının antiseptik xüsusiyyətləri qidaları təbii şəkildə qorumağa kömək edir. Bulqur və noxud kimi digər paxlalıları qoruyarkən dəfnə yarpaqlarından da istifadə edə bilərsiniz.

Tədqiqatlar göstərir ki, dəfnə yarpağı patogen bakteriya və göbələklərə antimikrobiyal təsir göstərir.

Günel Məlikzadə


Seçilən
22
news24.az

1Mənbələr