Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə payız sessiyasının dördüncü iclasında MR Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi müzakirəsi olnub.
Qeyd olunub ki, qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyası üzvlərinin MR Ali Məclisi tərəfindən 5 il müddətinə seçilir. Mərkəzi Seçki Komissiyasının üzvlüyünə Bağırov Orxan Rza oğlunu, Əliyev Asim Yediyar oğlunu, Heydərli Elşən Sadıq oğlunu, Həsənli Çingiz Namizəd oğlunu, Orucəliyev Ramil Əli oğlunu, Rüstəmova Məlahət Oruc qızını və Yaqubov Nicat Əsgər oğlunun namizədliyi təklif edilib.
Müzakirə olunan məsələ ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.