Ölkəmizin futbol yığması bu gün Millətlər Liqasının 5-ci turu çərçivəsində Estoniyanı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyunun əhəmiyyətini təkrarlamağa lüzum yoxdu. Azı ona görə ki, millimiz qələbə qazanmasa, D liqasına yuvarlanmaq ehtimalını hədsiz artıracaq.
Bəs belə vacib matçda millimizi tribunalardan nə qədər azarkeş dəstəkləyəcək? Başqa sözlə, satışa çıxarılan 1800 biletdən neçəsi sahibini tapıb? Bu sualla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik. Qurum rəsmisi "Football-plus.az"a açıqlamasında bu gün saat 12.00-a qədər 1685 biletin satıldığını dedi.
Qeyd edək ki, oyun saat 18.00-da başlayacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta