AZ

Rusiya komandası Bruney yığmasını məğlub edərək tarixin  ən böyükhesablı qələbəsini qazanıb

Bruney yığması ilə yoldaşlıq görüşü hələ başlamazdan əvvəl çoxlu tənqidçilərin diqqətini cəlb edib. İddialara görə, dünyanın 184-cü millisi ilə oynamaq özünə hörmət etməmək deməkdir. Üstəlik, Cənubi Asiya ölkəsindən gələn qonaqların uçuşları və yerləşdirilməsi Rusiya Futbol İttifaqı (RFİ) tərəfindən tam ödənildikdə (son dollara qədər).

Cümə günü axşam saatlarında Krasnodarda keçirilən beynəlxalq yoldaşlıq görüşündə Rusiya futbol yığması 26 mindən çox tamaşaçının qarşısında Bruney millisini məğlub etdi - 11:0 (4:0).

İvan Oblyakov dubl, Yevgeni Morozov, Leçi Sadulaev, Nikita Krivtsov, Tamerlan Musaev, Andrey Mostovoy, Aleksey Batrakov və Arsen Adamov hərəyə bir dəfə fərqləniblər. Qonaq oyunçular Nurixvan Otman və Vafi Aminuddin də hərəyə bir avtoqol vurublar.

FİFA reytinqində 184-cü pillədə qərarlaşan Bruney millisi Rusiya ilə oyuna əsas heyətdən cəmi 6 futbolçu çıxarıb. Bruney bunu oyunçuların “öz işlərinin olduğunu” söyləməklə izah edib. Rusiya millisinin baş məşqçisi Valeri Karpin isə start heyətində ehtiyat oyunçuları meydana buraxıb.

Rusiya yığması tarixin ən böyük qələbəsini qazanıb. Bundan əvvəlki rekord qələbə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 2019-cu ildə San Marino ilə oyunda (9:0) olub. Rusiya yığma komandası bir matçda qol sayına görə də rekorda imza atıb.

Almaz Həsənli

Seçilən
24
oxumeni.az

1Mənbələr