AZ

Maaş və pensiyalar nə qədər artacaq? - Detallar açıqlandı

“2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O, artımlarla bağlı müraciətlərə və suallara aydınlıq gətirib:

“Son dövrlər əməkhaqqı, pensiya, müavinətlər, təqaüdlər, eləcə də gözlənilən artımlarla bağlı paylaşımlarımıza rəğmən, yenə də çoxsaylı müraciətlər təqdim olunur. Təkrar olmasın deyə, qeyd edək ki, bu paylaşım müraciətlərin çox olması səbəbilə təqdim olunur. Çünki əvvəlki müraciətlərimizdə bu istiqamətdə fikirlərimizi bölüşmüşük. Təbii ki, bir sıra yeni rəqəmlər təqdim olunub, gələn həftə büdcə müzakirəsi olacaq. Orada da artımlarla bağlı, eləcə də bir sıra məsələlər öz əksini tapacaq. Bildiyiniz kimi, bu həftə təqdim olunan məlumata əsasən, hansı ki büdcə sənədi əksini tapıb, 2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir. Artım minumum pensiya məbləği ilə yox, ölkə üzrə orta aylıq pensiya məbləğindəki artımı xarakterizə edir. Ona görə də artım birbaşa ölkə üzrə orta aylıq pensiya məbləğinə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözlənti orta aylıq pensiya məbləğinin 516 manata yüksəlməsi ilə bağlıdır”.

Deputat bütün növ əmək pensiyalarında artımların olacağını açıqlayıb:

“Minumum pensiya və minumum əməkhaqqının artırılması ilə bağlı cənab prezident tərəfindən göstəriş verilib. Həmin göstərişə uyğun olaraq, artımla bağlı məsələlər yekunlaşmaq üzrədir. Bizim təklifimiz ondan ibarətdir ki, 2023-2024-cü illərdəki artım faizi, inflyasiya nəzərə alınmaqla pensiya və minimum əməkhaqqıda artımlar həyata keçirilsin. Biz fiskal imkanlar çərçivəsində daha çox artımların həyata keçməsini məqsədəuyğun hesab edirik. Bununla bağlı gələn həftə başlanılacaq büdcə müzakirələrində də öz təkliflərimizi təklif edəcəyik. Hər iki istiqamətdə, pensiya və əməkhaqqı artımları növbəti ildən reallaşmalıdır. Bu proses praktik olaraq yekunlaşmaq üzrədir. Artıq dekabrın sonuna doğru büdcə təsdiq olunacaq. Cənab Prezident tərəfindən növbəti ilin əvvəlində gözlənilən sərəncam imzalanacaq. Bütün növ əmək pensiyalarında artım olacaq. Bu, indeksləşdirmə əsasında artımdır. İndeksləşdirmə infilyasiya əsasən yox, orta aylıq artım faizinə əsasən həyata keçirilir. 2024-cü ildə orta aylıq əməkhaqqı nə qədər artırılıbsa,  pensiya da o qədər artırılacaq. Burada bütün növ əmək pensiyalarından söhbət gedir”.

"Cebheinfo.az"

Seçilən
22
16
cebheinfo.az

10Mənbələr