AZ

Daha effektiv enerji üçün qəhvəni bu saatlarda qəbul EDİN

Səhər yeməyində bir fincan qəhvə dünyanın bir çox insanlarının gündəlik işlərində əvəzolunmaz yer tutur.

Bizim.Media xəbər verir ki, mütəxəssislər səhər tezdən qəhvə içməyin verdiyi enerjinin düzgün olmadığını bildirirlər. Kofein bədəndə kortizol səviyyəsini artıraraq ayıqlığı təşviq edir, bu hormon səhərlər təbii olaraq yüksəlir və sizi oyadır.
 

Kortizol oyandıqdan qısa müddət sonra ən yüksək səviyyəyə çatır ki, bu da kofeinə olan ehtiyacınızı azaldır. Qəhvə içmək kortizolun təbii ritmini poza bilər.


Buna görə də, oyandıqdan dərhal sonra deyil, bir müddət gözlədikdən sonra qəhvə istehlak etmək enerjinizi daha səmərəli şəkildə artıra bilər. Səhər saat 9:30-11:00 arasında qəhvə içmək gün ərzində daha çox enerji qazanmağınıza kömək edə bilər.

Qəhvəni gecə saatlarında içənlər də diqqətli olmalıdır

Çünki gecə gec saatlarda qəhvə istehlak etmək bir çox insanda yuxusuzluğa səbəb ola bilər. Kofeinin bədəndən atılma müddəti 2 ilə 10 saat arasındadır. Buna görə də gecələr qəhvə içmək yuxu rejmini poza bilər.

Bəzi insanlar qəhvəni sevməsə də, çəki atmaq üçün istehlak edirlər. Lakin bu doğru deyil, qəhvə birbaşa kilo verməyə kömək etmir. Bununla bərabər zülal tozu ilə qarışdırılmış qəhvə içmək toxluq hissini artıra və çəki itirməyə kömək edə bilər.

Gündəlik kofein qəbulu nə qədər olmalıdır?

Böyüklərə gündəlik kofein istehlakını 400 milliqrama qədər məhdudlaşdırmaq tövsiyə edilir. Uşaqlar kofeinli içkilərdən tamamilə uzaq durmalı, hamilə qadınlar gündə 200 milliqramdan çox qəbul etməməlidirlər.

Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr