AZ

"İslam Respublikası ilə razılığa gəlmək mümkün deyil" - Rza Pəhləvi

"İslam Respublikası son dörd onillikdə özünün etibarsızlığını sübut edib və bu hökumətlə heç vaxt razılığa gəlmək mümkün deyil". 

"Unikal" xəbər verir ki, bunu şahzadə Rza Pəhləvi Amerikanın EWTN telekanalına müsahibəsində deyib.

İran şahının varisinin sözlərinə görə, İslam Respublikası fitri olaraq bərabərlik, insan hüquqları və azadlıq prinsiplərinə əməl edən ölkələrə düşməndir. 

O, İslam Respublikasını ölkə daxilində insanlara zülm etməklə yanaşı, dünyanı öz istədiyi kimi dəyişmək istəyən ifrat ideoloji rejim adlandırıb.

Rza Pəhləvi cümə günü "Newsmax"a verdiyi müsahibədə həmçinin bildirib: "İslam Respublikasına maksimum təzyiqlə yanaşı, İran xalqına maksimum dəstək siyasətini həyata keçirmək lazımdır, çünki İran xalqı son dəyişikliyə səbəb ola bilər. Qlobal dəstək İran xalqını İslam Respublikasına qarşı mübarizəsində daha cəsarətli və ruhlandırıcı edir... İslam Respublikası ölüm və şəhadəti bayram edən bir rejimdir, biz bölgədəki qonşularımızla həyat və sülhü qeyd edirik". 

Ağarza Elçinoğlu 

Seçilən
43
unikal.az

1Mənbələr