Mal ətinin dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunur.
Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin oktyabr ayı üçün hazırlanmış hesabatında bildirilir.
Hesabata görə, oktyabr ayında mal ətinin 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 3.8% azalaraq 6.1 ABŞ dolları səviyyəsinə enib.
2024-cü ilin oktyabr ayında Avropa bazarında qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən dəyişməz olaraq 9.4 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Hesabat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 8 Noyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.
Azpost.info