AZ

FETÖ üzvləri ABŞ-da keçirilən seçkilərindən sonra Türkiyəyə ekstradisiya olunacaqlarmı?

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəldikdən sonra seçkidə Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləyən FETÖ-çülərin Türkiyəyə ekstradisiya olunmaqdan qorxduğu bildirilib.

Turkustan.az xəbər verir ki, bəzi mənbələrindən verilən məlumata görə; Noyabrın 5-də ABŞ-da keçirilən seçkilərdə FETÖ üzvləri Demokratların namizədi Kamala Harrisə dəstək verib. Qurumdan gələn təlimata uyğun olaraq, FETÖ-çülər ABŞ seçkilərində əsasən Demokrat Partiyasına külli miqdarda seçki ianələri edib. FETÖ-nün yuxarı eşelonları ABŞ-da saxladıqları nizamın pozulmaması üçün strategiyalarını burada davam etdirdilər. Daha əvvəl Türkiyədə olduğu kimi ABŞ-da da təqiyyə üsulunu tətbiq etdilər. Təşkilatdakı media xadimləri hər iki tərəflə bərabər məsafə saxlamaq obrazını canlandırarkən respublikaçılarla taktiki əlaqə qurublar. Gülənin övladlığa götürdüyü Enes Kanter respublikaçılarla poza verib. Lakin demokratların əksəriyyətindən topladığı imzalarla Türkiyədən ABŞ prezidenti Co Baydenə şikayət edib və demokratların hakimiyyətdə olduğu dövrdə yenidən ABŞ vətəndaşlığını alıb.

Kanterlə yanaşı, qaçaq polis Turgay Karagöz də bu dövrdə vətəndaşlıq alıb və adını Jozef olaraq dəyişib. Qaçaq generallardan olan təqaüdçü dəniz qərargahı polkovniki Mustafa Koç kimi adlar da Demokrat Partiyasının hakimiyyəti dövründə ABŞ pasportları alıb. Təşkilatın qondarma icraiyyə komitəsinə rəhbərlik edən, “Zaman” qəzetinin qaçaq keçmiş baş redaktoru Əkrəm Dumanlının da Trampın əleyhinə olduğu bilinirdi. Təşkilatın bütün səylərinə baxmayaraq, gözləntilər özünü doğrultmadı. FETÖ-nün qərargahı sayılan fermanın yerləşdiyi Pensilvaniyada FETÖ üzvlərinin səs verdiyi anketlərdə Demokrat Partiyası çoxluq təşkil etsə də, bütün ştatda respublikaçılar üstünlük təşkil edib. Təşkilatın güclü olduğu Texasda yenə respublikaçılar qalib gəldi. FETÖ üzvlərinin çoxluq təşkil etdiyi Nyu Cersi və Virciniya kimi ştatlarda Demokrat Partiyası qalib gəlsə də, ümumi nəticəyə təsir etməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr