AZ

Gələn həftə üçün Yeni Kollektiv Kəmiyyət Hədəfinə dair dəqiq və düşünülmüş planımız var - Samir Becanov

Bakı. Trend:

Gələn həftə üçün Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) dairdəqiq və düşünülmüş planımız var ki, prosesi bütün əsas mandatlarüzrə istiqamətləndirək.

Trend xəbər verir ki, bunuCOP29-un Baş danışıqçısının müavini Samir Becanov COP29çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Danışıqlar qeyri-bərabər şəkildə keçir və bu, iş prosesininnormal tempidir. Adətən, belə olur. Artıq qeyd etdiyim kimi, bizsədr heyəti olaraq ədalətli və iddialı nəticəyə nail olmağaçalışırıq. Gələn həftə üçün prosesin bütün əsas mandatlar üzrəistiqamətləndirilməsi üçün dəqiq və düşünülmüş planımız var.Fürsətdən istifadə edərək bir daha vurğulamaq istəyirəm ki, bu,kollektiv nailiyyət olacaq.

Biz, sədr heyəti olaraq, öz işimizi görəcəyik. İlin əvvəlindənbu yana tərəflər üçün qarşılıqlı əlaqə imkanları və məkanlaryaratmaqla bunu edirdik. Lakin tərəflər çeviklik və konstruktivyanaşma nümayiş etdirməlidirlər. Onlar belə bir ruhla birlikdəçalışmalıdırlar ki, biz prosesi uğurlu nəticəyə yönəldə bilək. Bubarədə heç bir şübhəm yoxdur”, - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr