AZ

Kimlərə qulluq etmə müddəti staja daxil deyil? - MÜNASİBƏT BİLDİRİLDİ

“Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış pensiyanın məbləği ümumi əsaslarla hesablanmış pensiya məbləğindən az təşkil etdikdə şəxsə ümumi əsaslarla pensiya təyinatı həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Həmin Qanunun 21-ci maddəsində deyiilir ki, orqanizmin funksiyalarının 80-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara yəni, yaşı 70-ə çatmış şəxslərə qulluq edilmə müddəti staja daxil edilir.

Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 61-80 və 31-60 faiz pozulmasına görə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir”.

Ayşən Vəli

Seçilən
21
sia.az

1Mənbələr